
BAKI, 21 mart. TELEQRAF
Polşanın keçmiş müdafiə naziri Mariusz Blaszczak hərbi sirri yaymaqda ittiham olunur.
Teleqraf Polşanın "PAP" agentliyinə istinadən xəbər verir ki, Blaszczak Varşava prokurorluğunda dindiriləcək.
Keçmiş nazir Polşanın Baş naziri Donald Tuskun rəhbərliyi altında hazırlanan "Rusiyanın hücumuna qarşı müdafiə planı"nı yaymaqda ittiham olunur.
Blaszczak 2023-cü ilin sentyabrında "X" sosial platformasında Tusk hökumətinin Rusiyanın mümkün hecumuna qarşı Varşavadan keçən Vistula çayının kənarlarında müdafiə planı hazırladığına dair məlumat paylaşmışdı. Keçmiş nazir qeyd etmişdi ki, paytaxtdan keçən çayın kənarında müdafiə mövqeyi Varşavaya qədər olan əraziləri Rusiyaya vermək deməkdir.