
BAKI, 20 mart. TELEQRAF
Litva prezidenti Gitanas Nauseda Rusiya ilə münaqişəyə hazırlıq planlarını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısı UNIAN-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Litva NATO və Rusiya arasında 2030-cu ilə qədər baş verə biləcək münaqişəni nəzərə alaraq hazırlıq işləri görür. Bu məqsədlə o, Litvada bu il belə bir ssenariyə qarşı xüsusi hərbi bölmənin yaradılacağını açıqlayıb.
Nauseada əlavə edib ki, əgər Rusiyaya qarşı sanksiyalar aradan qaldırılarsa, ölkəsinin münaqişəyə hazırlaşmaq üçün beş ildən az vaxtı qalacaq.
Litva hökuməti daha əvvəl Ukrayna münaqişəsi ilə bağlı Rusiya hakimiyyətini cinayət məsuliyyətinə cəlb etmək istədiyini bəyan edib.
Litvanın ədliyyə naziri qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə apardığı danışıqlar və qəbul etdiyi qərarlar Vilnüsün mövqeyinə təsir etmir.