BAKI, 17 mart. TELEQRAF

Ermənistan sülh müqaviləsi ilə bağlı müzakirələr çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin bütün tələblərini qəbul edib.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Vahe Ovannisyan deyib.

“Ermənistan Baş naziri Nikol Paşinyan sülh prosesi çərçivəsində böyük güzəştlərə gedib, bunun nə miqyası, nə də məzmunu açıqlanır. Üstəgəl, proses vasitəçi olmadan, Ermənistan və Azərbaycan arasında ikitərəfli formada gedir. Ermənistan Əliyevin bütün tələblərini qəbul edib”, - ekspert bildirib.