
BAKI, 17 mart. TELEQRAF
Ermənistanın Tehrandakı səfiri Qriqor Akopyan İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan səfirliyi məlumat yayıb.
İran XİN-in sözçüsü bir daha Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi üzrə danışıqların başa çatmasını alqışlayıb və ümidvar olduğunu bildirib ki, bu sənəd yaxın gələcəkdə regional sabitlik və sülhə töhfə verərək imzalanacaq.
Tərəflər həmçinin İran-Ermənistan ikitərəfli gündəliyindəki “xalq diplomatiyası” ilə bağlı məsələlərə toxunaraq, bu istiqamətdə əməkdaşlığın aktivləşdirilməsinin vacibliyini vurğulayıblar.