BAKI, 17 mart. TELEQRAF

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) cari rəhbərliyi həyata keçirmək Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədri və onun iki müavinindən ibarət İdarə Heyəti yaradılacaq.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev martın 17-də fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti ASC-nin nizamnaməsi və strukturunu Azərbaycan Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etməlidir.