BAKI, 15 mart. TELEQRAF

Çinin Xalq Azadlıq Ordusuna aid hərbi təyyarə təlim zamanı qəzaya uğrayıb.

Teleqraf xəbər verir ki, ordunun Cənub Cəbhəsi Komandanlığından verilən açıqlamada qəzanın günorta saatlarında ölkənin cənubundakı Haynan adasında baş verdiyi bildirilir. Qırıcı boş sahəyə düşdüyü bildirilib.

Pilot qəzadan öncə katapult düyməsini basaraq xilas ola bilib.

Qəzanın səbəbləri araşdırılır.

Cənub Cəbhəsi Komandanlığı Çin və sahilyanı ölkələr arasında mübahisəli Cənubi Çin dənizinə cavabdeh olan ordu birliyidir.