
BAKI. 15 mart. TELEQRAF
"Rusiyaya ərazi güzəştləri etməyəcəyik".
Teleqraf xəbər verir ki, bunu Britaniyanın təşəbbüsü ilə keçirilən sammitdən sonra brifinqdə prezident Volodimir Zelenski bildirib.
Zelenskinin fikrincə, Rusiya Federasiyası məhz ərazi güzəştinə nail olmağa çalışır .
“ABŞ Ciddədə bu məsələni qaldırdı və Ukraynanın mövqeyini qəbul etdi ”, - deyə prezident bildirib.
O vurğulayıb ki, Ukrayna Rusiyanın nəzarətində olan ərazilərin işğalı ilə barışmayacaq.