
BAKI, 14 mart. TELEQRAF
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start verilib.
Teleqraf xəbər verir ki, III dövrənin son turunun açılış oyununda "Araz-Naxçıvan" və "Şamaxı" komandaları üz-üzə gəlib.
"Liv Bona Dea Arena"da keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İlk topu 39-cu dəqiqədə meydan sahiblərindən Bernardo Dias vurub. 68-ci dəqiqədə isə Cəlal Hüseynov bərabərlik qoluna imza atıb.
Beləliklə, xalını 47-yə çatdıran və 7 oyundur qələbə qazana bilməyən "Araz-Naxçıvan" 3-cü pillədə qalıb. Ardıcıl üçüncü oyunda uduzmayan "Şamaxı" isə 28 xalla 6-cı pilləyə yüksəlib.
Qeyd edək ki, turun qalan oyunları 15-16 martda keçiriləcək.