BAKI, 8 mart. TELEQRAF
Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa Latakiyadakı ələvi üsyançılarından təslim olmağı tələb edib.
Teleqraf xəbər verir ki, əl-Şaraa bu barədə sosial şəbəkələrdə yazıb.
"Əvvəlki rejimin qalıqları silahlarını yerə qoymalıdırlar", - Əl-Şara deyib.
Suriyanın müvəqqəti prezidenti əlavə edib ki, ölkənin yeni hakimiyyəti yıxılan rejimin qalıqlarını təqib etməyə davam edəcək.