BAKI, 8 avqust. TELEQRAF
ABŞ Livana İsrailə təzyiq göstərmək imkanının olmadığını bildirib. Vaşinqton Beyruta qarşıdurmanın daha da şiddətlənməsinin qarşısını almaq üçün atəşkəsi uzatmağı və İsraildə keçiriləcək seçkilərin nəticələrini gözləməyi tövsiyə edib.
Teleqraf xəbər verir ki, bu barədə Livanın “Əl-Əxbar” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşr bildirib ki, Romada keçirilən danışıqların yeddinci raundunda İsrailin Livanın cənubunda təhlükəsizlik tədbirləri ilə bağlı tələbi ətrafında fikir ayrılıqları yaranıb.
Nəşrin yazdığına görə, İsrail Livan ordusunun evlərdə axtarış və yoxlama aparmasını tələb edib. Livan nümayəndə heyətinin rəhbəri Simon Kərəm Litani çayının cənubundakı bütün ərazidə evlərin 40 faizinin yoxlanılmasına razılıq verib. Amma Livan nümayəndə heyətinin hərbi üzvləri bu yanaşmaya qarşı çıxıblar.