BAKI, 8 avqust. TELEQRAF
Bakının Sabunçu rayonunda dənizdə batan yeniyetmənin meyiti tapılaraq sudan çıxarılıb.
Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə avqustun 6-da Pirşağı qəsəbəsində qeydə alınıb. 2010-cu il təvəllüdlü Asiman Elaqif oğlu Seyidəmirov xilasetmə məntəqəsindən 2 kilometr uzaqlıqda, xüsusi nəzarət olmayan ərazidə dənizdə boğulub.
FHN-in xilasedici dalğıcları axtarışlardan sonra yeniyetmənin meyitini taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.