BAKI, 8 avqust. TELEQRAF

2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında bəzi yarış və mərasimlər üçün bilet qiymətləri rekord həddə çatacaq.

Teleqraf “The Athletic"ə istinadla xəbər verir ki, ən yüksək kateqoriyalı biletlərin qiyməti əvvəlki Olimpiadalardan xeyli baha olacaq.

Açılış mərasiminə ən bahalı bilet 5519, bağlanış mərasiminə isə 4961 dollardır.

İdman yarışları arasında ən bahalı bilet kişilərin basketbol üzrə finalına aiddir. Bu qarşılaşmada yüksək kateqoriyalı yer üçün 3350 dollar ödəmək lazım gələcək. Yüngül atletika və qadınların idman gimnastikası üzrə final sessiyalarında qiymətlər 2461, kişilərin idman gimnastikasında 2264, üzgüçülükdə 1860, beysbolda 1718, futbolda isə 1305 dollara qədər yüksəlir.

Bununla yanaşı, təşkilatçılar daha əlçatan biletlər də satışa çıxarıblar. Təxminən bir milyon biletin qiyməti 2028-ci ilə simvolik olaraq 28 dollardan başlayır.