BAKI, 7 mart. TELEQRAF

Cənubi Koreya məhkəməsi prezident Yun Sok-Yolu həbsdən azad edib.

Teleqraf xəbər verir ki, bu barədə Cənubi Koreyanın Yonhap xəbər agentliyi məlumat yayıb.

Ötən ay sözügedən məsələ ilə bağlı prezidentin tərəfdarları Seul Mərkəzi Məhkəməsində müvafiq vəsatət qaldırıb.

Xatırladaq ki, dekabrın 14-də ölkə parlamenti Yun Sok-Yola impiçment elan edib.

Məhkəmə daha sonra prezidentin konstitusiya quruluşu əleyhinə fəaliyyətinə görə həbs edilməsinə qərar verib.