BAKI, 4 mart. TELEQRAF

Kanadanın Baş naziri Castin Trüdo ABŞ Prezidenti Donald Trampın ölkəsinə rüsumlar tətbiq etməyin “çox axmaq" davranış olduğunu deyib.

Teleqraf xəbər verir ki, kanadalı nazir Trampı təhqir etməkdən çəkinməyib.

O bildirib: “Mən konkret bir amerikalıya müraciət etmək danışmaq istəyirəm. Donald, birlikdə işlədiyimiz səkkiz ildən artıq müddətdə böyük işlər gördük. Amma bu qərarınız çox axmaqlıqdır".

Trüdonun sözlərinə görə, ölkəsi 155 milyard Kanada dolları (107,4 milyard dollar) dəyərində Amerika mallarına 25 faiz cavab rüsumları tətbiq edib.

Bildirirlir ki, Kanada tarifləri ABŞ öz qərarını ləğv edənə qədər qüvvədə qalacaq.