
BAKI, 4 mart. TELEQRAF
Ağdərə rayonunun Həsənriz kəndinə qayıdan ailələr 33 ildən sonra ilk dəfə Od çərşənbəsi tonqalı yandırıblar.
Teleqraf xəbər verir ki, məlumat Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilib.
Məlumata görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında öz doğma torpaqlarına qayıdan sakinlər Od çərşənbəsini bayram coşqusu ilə qeyd ediblər. Kəndin mərkəzində çərşənbə tonqalı yandırılıb. Tonqal ətrafına yığışan sakinlər bir-birlərini təbrik ediblər.
“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunan torpaqlarımıza keçmiş məcburi köçkün ailələrinin köçürülməsi təmin edilir.
Qeyd edək ki, ötən gün Ağdərə rayonunun Həsənriz kəndinə 25 ailə, 91 nəfər köçürülüb.