BAKI, 2 mart. TELEQRAF
Vilnüs Ukrayna ordusuna təhvil vermək üçün Kiyevə 20 milyon avro dəyərində silah sifarişi verib.
Teleqraf xəbər verir ki, bu barədə Baltik Respublikasının Müdafiə Nazirliyi məlumat verib.
Litva Ukraynanın müdafiə sənayesinə sərmayə qoymaq üçün 20 milyon avro ayırıb. Həmçinin bildirilir ki, bu investisiyalar gələcəkdə artırılması planlaşdırılır.
Kiyev hərbi sənayesinin Litvanın sifarişi əsasında hazırlayacağı silah-sursat elə Ukrayna ordusunun istismarına veriləcək.