
BAKI, 28 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Trampla ukraynalı həmkarı Volodimir Zelenski arasında baş tutan qalmaqallı görüşə İlon Mask da münasibət bildirib.
Teleqraf-ın məlumatına görə, ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri bildirib ki, Zelenski Ağ Evdə siyasi səhvə yol verib.
Mask sosial şəbəkə hesabında bildirib: “Zelenski özünü Amerika xalqının gözü qarşısında məhv etdi”.