
BAKI, 26 fevral. TELEQRAF
Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımı ilə əlaqədar paylaşım edib.
Teleqraf xəbər verir ki, nazir bu barədə "X" sosial media platformasında yazıb.
"Uzun illər keçməsinə baxmayaraq, hələ də qəlbimizdə dərindən hiss etdiyimiz Xocalı soyqırımının 33-cü ildönümündə həyatını itirən azərbaycanlı qardaşlarımızın xatirəsini ehtiramla anıram. Türkiyə hər zaman olduğu kimi, sevimli Azərbaycanımızın yanındadır", - paylaşımda deyilir.