
BAKI, 17 fevral. TELEQRAF
Baş nazir Kir Starmer Rusiya ilə münaqişəyə son qoyulması ilə bağlı razılıq əldə olunarsa, Britaniya sülhməramlı qüvvələrinin Ukraynaya göndərilməsinin mümkünlüyünü təsdiqləyib.
Teleqraf xəbər verir ki, Starmer 2030-cu ilə qədər ildə 3 milyard funt-sterlinq yardım daxil olmaqla, Ukraynanın təhlükəsizliyinin təmin edilməsində əsas rol oynamağa hazır olduqlarını bildirib.
"Telegraph"-a açıqlamasında Starmer etiraf edib ki, bununla xidmət personalını təhlükəyə atdığının fərqindədir.