BAKI, 16 fevral. TELEQRAF

İtaliya Prezidenti Sercio Mattarellanın Rusiyanı nasist Almaniyası ilə müqayisə etməsi nəticəsiz qalmayacaq.

Teleqraf xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Rusiya-1" telekanalında "Vladimir Solovyovla axşam" verilişinin efirində Zaxarova bildirib: "Təhsil müəssisələrindən birində mühazirə zamanı o, prezident qismində deyib ki, Rusiyanı Üçüncü Reyxlə müqayisə etmək olar. Belə bir açıqlama heç vaxt nəticəsiz qala bilməz və qalmayacaq da".

Zaxarova vurğulayıb ki, bu sözləri tarixən SSRİ-yə "hücum edənlər sırasında olan bir ölkənin prezidenti” söyləyib. “Təəssüf ki, İtaliya faşizmin doğulduğu ölkədir”, - deyə diplomat əlavə edib: “Bunu deyən adam bilməliydi ki, İkinci Dünya müharibəsi illərində nə qədər italyan əsgəri bizim ərazidə faşist bayraqları və şüarları altında babalarımızı qətlə yetirib. O, qələbəmizin 80-ci ildönümü ərəfəsində bu sözləri hansı əsasla deyir?"