BAKI, 16 fevral. TELEQRAF

Finlandiya Prezidenti Aleksandr Stubb Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Ukraynanın yenidən silahlandırılmasının və Rusiyaya maksimum təzyiq göstərilməsinin vacibliyini vurğulayıb.

Teleqraf xəbər veriri ki, bu barədə "RIA Novosti" məlumat yayıb.

“Birinci mərhələ ilkin danışıqlardır. Bu mərhələdə Ukraynanın yenidən silahlandırılması və Rusiyaya maksimum təzyiq göstərilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu təzyiq sanksiyalar və dondurulmuş aktivlər vasitəsilə həyata keçirilməlidir, beləcə Ukrayna danışıqlara üstünlük qazanacaq”, - Stubb bildirib.

Prezident ikinci mərhələnin atəşkəs olduğunu qeyd edib. O bunun tez-tez sülh prosesi ilə səhv salındığını vurğulayıb.