BAKI, 16 fevral. TELEQRAF

"Biz Ukrayna ilə bağlı proseslərin içində olmalıyıq, çünki biz müharibənin nəticələrindən əziyyət çəkirik".

Teleqraf xəbər verir ki, bunu Münxen Təhlükəsizlik Konfransında Litvanın müdafiə naziri Dovile Şakalene deyib.

"Vaşinqton administrasiyasının nümayəndələrinin son günlər verdiyi bəyanatlar avropalı siyasətçilər üçün gözlənilməz oldu. Son dörd gündə hamımız bir az sarsılmışıq. Mən Brüsseldən Münxenə gəldim və NATO müdafiə nazirlərinin iclasında çox maraqlı fikirlərlə tanış oldum. Əsas məsələ odur ki, ABŞ-nin Avropanı müdafiə edəcəyi ilə bağlı fikirləri artıq dəyişib. ABŞ indi təkcə öz maraqlarını müdafiə edir”, - deyə o bildirib.