BAKI, 15 fevral. TELEQRAF

Çinin Xarici işlər naziri Vanq Yi ABŞ və Rusiya arasında Ukraynadakı müharibənin həllinə yönələn danışıqları alqışlayıb.

Teleqraf “The Financial Times” nəşrinə istinadən xəbər verir ki, o, Avropa ölkələrinin də bu prosesə cəlb edilməli olduğunu vurğulayıb.

Nazir bildirib: “Çin sülhün əldə edilməsinə yönələn istənilən səyləri, xüsusən də Birləşmiş Ştatların Rusiya ilə ümumi anlaşmaya gəlməsini dəstəkləyir. Müharibə Avropa torpağında gedir və Qərb münaqişənin həllində mühüm rol oynamalıdır”.

Moskvaya təzyiqi artırmaq üçün Rusiya qazının idxalının mümkün azaldılması ilə bağlı suala Çin rəsmisinin cavabı belə olub: “Pekin ilk növbədə öz vətəndaşlarının maraqlarını rəhbər tutmalıdır. Çin Rusiyadan qaz almağı dayandırsa, bu ehtiyacını necə təmin edəcək? Biz xalqımız qarşısında məsuliyyət daşıyırıq”.