
BAKI, 14 fevral. TELEQRAF
1700-dən çox alim amerikalı milyarder, SpaceX və Tesla şirkətlərinin qurucusu İlon Maskın London Kral Cəmiyyətindən qovulmasını tələb edir.
Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti yazıb.
Məqalədə deyilir: “Beynəlxalq elmi ictimaiyyətin 1700-dən çox üzvü London Kral Cəmiyyətinin sədri ser Adrian Smitə açıq məktub imzalayıb”.
Nəşr qeyd edib ki, hələ 2024-cü ilin avqustunda alimlər Maskın Böyük Britaniyadakı iğtişaşlarla bağlı şərhlərindən narahat olduqlarını bildiriblər və onun cəmiyyətdəki üzvlüyünün ləğv edilməsinə çağırıblar.