BAKI, 14 fevral. TELEQRAF

ABŞ senatı Robert Kennedinin Səhiyyə və Sosial Xidmətləri katibi vəzifəsinə namizədliyini təsdiqləyib.

Teleqraf xəbər verir ki, 52 lehinə, 48 əleyhinə səslə Robert Kennedi yeni vəzifəsinə təyin olunub.

Robert Kennedi ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğludur. O, müstəqil namizəd kimi 2024-cü il prezident seçkilərinə qatılsa da sonradan Donald Trampın xeyrinə namizədliyini geri çəkib.