![](https://teleqraf.az/storage/2025/02/13/715x378/85-pic_32ratio_900x600-900x600-4800.jpg)
BAKI, 13 fevral. TELEQRAF
Dağıstanda mikroavtobusun qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, bu barədə yerli səhiyyə idarəsi məlumat yayıb.
Qəza Babayurtovski rayonunda magistral yolda baş verib. Sərnişinləri daşıyan “Qazel” “Lada Granta” markalı avtomobillər toqquşub. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırıblar.