![](https://teleqraf.az/storage/2025/02/13/715x378/upload-ria_8787753-pic_32ratio_900x600-900x600-3603.jpg)
BAKI, 13 fevral. TELEQRAF
"Rusiyanın təhlükəsizliyini təmin etmədən Ukrayna münaqişəsinin həllinin müzakirəsi mümkün deyil".
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov müsahibəsində deyib.
“Rusiya üçün təhlükəsizlik məsələsi ölkəmizi narahat edən əsas məsələlərdən biridir”, - Kreml nümayəndəsi bildirib.
Peskov xatırladıb ki, məhz bu, Rusiyanı xüsusi hərbi əməliyyat keçirməyə məcbur edib. Ona görə də Rusiyanın təhlükəsizliyi məsələsini müzakirə etmədən münaqişənin həllindən danışmaq mümkün deyil.