![](https://teleqraf.az/storage/2025/02/13/715x378/656453458.jpg)
BAKI, 13 fevral. TELEQRAF
Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlətə xəyanət ittihamı ilə sabiq prezident Pyotr Poroşenkonu həbs etmək məqsədilə onun evinin yaxınlığında növbətçiliyini davam etdirir.
Teleqraf xəbər verir ki, bu barədə "UNIAN" agentliyi məlumat yayıb.
“Poroşenko bildirib ki, Ukrayna Təhlükəsizlik Şurası ona qarşı sanksiyalar tətbiq edib. Eyni zamanda, sabiq prezident Dövlət Təhlükəsizlik Xidmətinin ona 15 çağırış vərəqəsi göndərildiyini və bu səbəbdən Münxen Təhlükəsizlik Konfransına qatılmasının qadağan edildiyini açıqlayıb”, - məlumatda deyilir.
Qeyd edək ki, Münxen Təhlükəsizlik Konfransı 14-16 fevral tarixlərində Almaniyada keçiriləcək.