![](https://teleqraf.az/storage/2025/02/13/715x378/ria_5930965-pic_32ratio_900x600-900x600-66028.jpg)
BAKI, 13 fevral. TELEQRAF
Yaxın həftələrdə Vladimir Putin və Donald Trampın görüşünün detalları onların köməkçiləri arasında işgüzar təmaslar zamanı hazırlanacaq.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov ölkənin "1-ci kanalı"na müsahibəsində deyib.
"İndi liderlər siyasi iradə nümayiş etdirərək, öz köməkçilərinə iş təmaslarına başlamaq üçün lazımi göstərişlər veriblər. Bir az səbirli olmalıyıq, bu işgüzar əlaqələr davam etməlidir. Bu təmaslar həftələrdə realaşacaq", - Peskov belə söyləyib.
O əlavə edib ki, bu işgüzar təmaslar zamanı iki prezident arasında telefon danışığı zamanı toxunulan məslələrin şərtləri müzakirə olunacaq.
Rusiya tərəfdən danışıqlar aparan şəxsin adı Vladimir Putininin qərarından sonra ictimaiyyətə açıqlanacaq.