![](https://teleqraf.az/storage/2025/02/13/715x378/2025-02-06t115508z_1646518363_rc2yoca3vjjr_rtrmadp_3_russia-usa-putin-trump.jpg)
BAKI, 13 fevral. TELEQRAF
"Vladimir Putinlə Donald Tramp arasında görüş üçüncü ölkədə baş tutmalıdır".
Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu görüş, prezidentlərin planına əsasən, qarşılıqlı səfər mübadiləsindən daha tez baş tutacaq", - mətbuat katibi vurğulayıb.
Peskov həmçinin bildirib ki, telefon danışığı zamanı Rusiya və ABŞ prezidentləri bir-birini səfərə dəvət ediblər.
Bundan əvvəl o qeyd edib ki, Rusiya və ABŞ prezidentləri istənilən mürəkkəb məsələlərdə konstruktiv və səmimi ünsiyyət qurmağa qadirdirlər.
“Son danışıq çox konstruktiv, işgüzar və olduqca səmimi oldu. Onlar ən çətin məsələləri konstruktiv şəkildə müzakirə ediblər”, - mətbuat katibi bildirib.