![](https://teleqraf.az/storage/2025/01/20/715x378/putin.jpg)
BAKI, 13 fevral. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında bir gün əvvəl baş tutan telefon danışığı konstruktiv və dostluq şəraitində keçib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov KİV-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Putin Trampın Ukrayna münaqişəsinin siyasi və diplomatik yollarla həllinə nail olmağın zəruriliyi ilə bağlı mövqeyini dəstəkləyib: "Ukrayna danışıqların əsas mövzularından biri olub. Onlar razılaşıblar ki, hətta ən çətin problemlərin də sülh danışıqları yolu ilə həllinə ehtiyac var".