![](https://teleqraf.az/storage/upload/715x378/teleqraf.com1426772634Ermənilər çirkin yollarla heç nə edə bilməyəcəklər - Ərdoğan.jpg)
BAKI, 13 fevral. TELEQRAF
İslam dünyası ölkələri ABŞ Prezidenti Donald Trampın Qəzza sakinlərini zorla məskunlaşdırmaq planının həyata keçirilməsinə imkan verməyəcək.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"TRT Haber" telekanalı Türkiyə liderinin sözlərini sitat gətirərək bildirib : "İslam dünyası heç vaxt Trampın planını təsdiqləməyəcək. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) buna qarşı çıxacaq".
"Trampın Netanyahu adlı qatillə sövdələşməsini dünya sülhü üçün böyük təhdid hesab edirəm. Qəzza fələstinlilərə məxsusdur, heç kimin Qəzzanı onların əlindən almağa haqqı yoxdur. Bu plana tezliklə yenidən baxılmasını gözləyirəm", - Türkiyə prezidenti vurğulayıb.