BAKI, 14 fevral. TELEQRAF

Almaniya kansleri Olaf Şolts Avropanı ABŞ-nin bərabərhüquqlu müttəfiqi olaraq qalması üçün müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa çağırıb.

Teleqraf TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Şolts jurnalistlərə açıqlamasında deyib.

"Avropa ABŞ-nin bərabərhüquqlu müttəfiqi olmaq və təhlükəsizlik üçün daha çox işlər görmək istəyirsə, müdafiə xərclərini əhəmiyyətli dərəcədə artmalıdır”,- Şolts bildirib.

Almaniya kanslerinin sözlərinə görə, ümumi daxili məhsuldan müdafiə xərclərinə ayrılacaq hər bir faiz 43 milyard avroya bərabərdir: "Bu böyük məbləğlərdir".