![](https://teleqraf.az/storage/2025/02/13/715x378/owl_detail_240_e0a367663cbb3d2f0e0f65c1cfa70220.jpg)
BAKI, 14 fevral. TELEQRAF
Moskva polisi 31 il əvvəl tanışını qətlə yetirən şəxsi saxlayıb.
Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva idarəsi məlumat yayıb.
Saxlanılan şəxs Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 103-cü maddəsi (“Qəsdən adam öldürmə”) ilə ittiham olunur.
İstintaqın məlumatına görə, 1994-cü il sentyabrın 8-də şübhəli şəxs tanışını başından vuraraq qaçıb. Qadını xilas etmək mümkün olmayıb.