
BAKI, 14 fevral. TELEQRAF
Rusiya, ABŞ və Ukrayna nümayəndələri fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşəcəklər.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
"Nümayəndələrin sabah Münhendə görüşü olacaq. Görüşə Ukrayna da dəvətlidir. Orada konkret olaraq hansı ölkələrdən kimlərin olacağına əmin deyiləm. Amma Rusiya, Ukrayna və ABŞ-dan yüksək səviyyəli rəsmilər orada olacaqlar”, - Tramp bildirib.
O əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanında görüşə ümid edir, lakin yaxın vaxtlarda bu görüş təşkil edilməyəcək.