BAKI, 14 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiyanı yenidən G7-yə qaytarmaq istədiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.

Amerika lideri Rusiyanın ittifaqdan çıxarılmasını səhv adlandırıb. O, Rusiyanın iştirakı ilə qrupun bərpasının tərəfdarı olduğunu bildirib.

G7 iqtisadi cəhətdən ən inkişaf etmiş yeddi ölkənin qeyri-rəsmi klubudur. Sammitlər hər il assosiasiyaya üzv olan dövlətlərdən birinin ərazisində keçirilir. Hazırda onun üzvlərinə ABŞ, Böyük Britaniya , Fransa , İtaliya , Yaponiya , Kanada və Almaniya daxildir . 1997-2014-cü illərdə Rusiya assosiasiyanın üzvü olub. Lakin Krımın ilhaqından sonra Rusiya qurumdan uzaqlaşdırılıb.