BAKI, 13 fevral. TELEQRAF

Fransanın sabiq baş naziri Jan Kasteks həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Jan Kasteks Monpelye şəhərində saxlanılıb.

O, dövlət büdcəsindən ayrılan vəsaitlərin qanunsuz istifadəsində və rəsmi sənədlərin saxtalaşdırılmasında şübhəli bilinir.

Qeyd edək ki, Kasteks 2020-2022-ci illərdə ölkənin baş naziri olub.