BAKI, 10 fevral. TELEQRAF

Mərkəzi Amerika ölkəsi Qvatemalada sərnişin avtobusunun körpüdən aşması nəticəsində 51 nəfər ölüb.

Teleqraf xəbər verir ki, içərisində 75 nəfərin olduğu avtobus Qvatemala şəhərindəki Beliz körpüsündən düşərək dərəyə yuvarlanıb.

Ölənlərin sayının artacağı istisna olunmur.

Prezident Bernardo Arevalo faciə ilə əlaqədar ölkədə 3 günlük matəm elan edib.