BAKI, 10 fevral. TELEQRAF

Baltikyanı ölkələr onilliklər ərzində onları elektrik enerjisi ilə təmin edən Rusiyadan elektrik şəbəkəsindən çıxaraq Finlandiya, İsveç və Polşanın elektrik şəbəkəsinə qoşulublar.

Teleqraf xəbər verir ki, dünən Latviya, Estoniya və Litvanın Avropa İttifaqının (Aİ) elektrik enerjisi sisteminə qoşulması mərasimi baş tutub.

Latviya Prezidenti Edqars Rinkeviçs X-dəki paylaşımında qeyd edib: “Biz bunu bacardıq”.