BAKI, 8 fevral, TELEQRAF

Avropa İttifaqında (Aİ) yeraltı qaz anbarlarında ümumi yanacaq ehtiyatları təxminən 50 faiz azalıb.

Teleqraf xəbər verir ki, bu barədə “RİA Novosti” Avropada Qaz İnfrastruktur Operatorları Assosiasiyasının göstəricilərinə istinadən məlumat yayıb.

Bildirilib ki, hazırda Aİ anbarları 49,99 faiz doludur və bu, 2024-cü ilin cari dövrü ilə müqayisədə 18,2 faiz azdır.

Aİ ölkələrində ümumi qaz ehtiyatları hazırda təxminən 55,7 milyard kubmetr təşkil edir. Ötən illə müqayisədə bu göstərici 19,9 milyard kubmetr azalıb.

Fransa və Xorvatiyanın yeraltı anbarlarında qaz ehtiyatlarının səviyyəsi hələ yanvarın ortalarında 50 faizdən aşağı düşüb.

Ən yüksək doluluq göstəricisi isə Portuqaliyada (100 %-ə yaxın) qeydə alınıb.