BAKI, 6 fevral. TELEQRAF

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının səhhəti ilə bağlı açıqlama yayılıb.

Teleqraf xəbər verir ki, partiya rəhbərinin ürək qapağı uğurla dəyişdirilib.

Onun vəziyyətinin çox yaxşı olduğu bildirilir. Xatırladaq ki, müayinə və tibbi qiymətləndirmələr nəticəsində 10 il əvvəl dəyişdirilmiş ürək qapağında degenerasiya aşkar edilib.

MHP-dən verilən məlumata görə, 77 yaşlı Baxçalı hazırda xəstəxanadakı otağında dincəlir və o, qısa müddətdə gündəlik həyatına qayıdacaq.

Qeyd edək ki, səhhətində ciddi problem yaşanan Baxçalı fevralın 4-də xəstəxanaya yerləşdirilmişdi.