ABŞ prezidentliyinə namizəd Donald Tramp onun yaxınlığında atəş açıldığını təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, siyasətçinin sözlərini CNN yayıb.

Siyasətçi bildirib ki, ikinci sui-qəsd cəhdinə baxmayaraq, təslim olmayacaq.

“Mənim yanımda atışma oldu. Mən təhlükəsiz yerdəyəm və sağlamam” - Trasmp deyib.

Siyasətçi dəstəklərinə görə tərəfdarlarına da təşəkkür edib.