Arizona polisi ABŞ-ın keçmiş lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı öldürməklə hədələyən şəxsi saxlayıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, həmin şəxsin insidentsiz olaraq Koçis bölgəsində saxlanıldığı haqda şerifin ofisindən məlumat verilib.

66 yaşlı Ronald Li Sivrud cümə axşamı saxlanılıb. Ona qarşı heç bir ittiham irəli sürülməyib.

Son bir neçə həftədə Sivrud sosial şəbəkələrdə Trampı öldürməklə bağlı bir neçə paylaşım edib.