İsrail ordusunun Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərinə endirdiyi zərbələr nəticəsində azı 12 fələstinli həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bildirilib ki, onlarla insan müxtəlif dərəcəli xəsarət alıb, onların dəqiq sayı bəlli deyil.

Həmçinin şəhərin şərq hissəsindəki küçənin atəşə tutulduğu iddia edilir.