Avropa Parlamenti (AP) Strasburqda keçirilən plenar iclasda Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımı ayırması barədə qərarı təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə AP-nin yaydığı məlumatda qeyd olunub.

“Parlament çərşənbə axşamı Aİ-nin uzunmüddətli büdcəsinə yenidən baxılmasını təsdiqləyib. Buraya Ukraynaya 50 milyard avro vəsaitin ayrılması daxildir”, - deyə məlumatda bildirilib.

Qərarın lehinə 536 deputat səs verib, 40 deputat əleyhinə çıxıb, 39 deputat isə bitərəf qalıb.