İraqın Əl Midadiyə şəhərinə endirilən hava zərbəsi nəticəsində ikisi jurnalist olmaqla yeddi nəfər həlak olub.

Teleqraf.com-un “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Agence France-Presse məlumat yayıb.

Müvafiq açıqlama rəsmi qurumlar tərəfindən verilib.

Məlumata görə, jurnalistlər Al-Ghadeer telekanalının əməkdaşları olub. Zərbə nəticəsində telekanalın daha 2 əməkdaşı yaralanıb.