Fransanın vətəndaşlıq məsələləri üzrə dövlət katibi Sonya Bekes bazar günü Senata (parlamentin yuxarı palatası) keçirilən seçkilərdə uduzduqdan sonra istefa verib.

Teleqraf.com xəbər verir ki, Prezident Emmanuel Makron onun istefasını qəbul edib.

"Respublika Prezidenti vətəndaşlıq məsələləri üzrə dövlət katibi Sonya Bekesin istefasını qaydalara uyğun olaraq qəbul edib", - deyə açıqlamada qeyd olunur.