Gecə saatlarında İran PUA-ları (“Şahid”) ilə Ukraynaya növbəti hücum həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Cənub-şərq istiqamətindən - Rusiyanın Primorsk-Axtarsk şəhəri və Krımdan ümumilikdə 38 pilotsuz təyyarə buraxılıb.

Ukrayna hərbi aviasiyası 26 PUA-nı vurmağa nail olub.