Almaniya səfiri Çin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Teleqraf.com xəbər verir ki, bunu Almaniya XİN-in nümayəndəsi “Der Spiegel” nəşrinin sorğusuna cavab olaraq bildirib.

Qeyd olunub ki, səfirin çağırılmasına səbəb Almaniya xarici işlər naziri Annalena Berbokun Çin lideri Si Cinpini “diktator” adlandırması olub.