Ukrayna sentyabr ayından bu günə kimi münaqişə regionundan 150 hərbçinin cəsədini tapıb.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu barədə “Xalq yaddaşı” ümumukrayna ictimai təşkilatının sədri Yaroslav Jilkin bildirib. Onun sözlərinə görə, sərdlik etdiyi təşkilat humanitar missiyasını sentyabrın 3-dən başlayıb:

“Bu müddət ərzində 10 yaşayış məntəqəsindən 150 ukraynalı döyüşçünün cəsədi tapılıb. Onlar müxtəlif kütləvi mərazlıqda basdırılıb. Bəziləri yandırılıb, bəziləri isə tanınmaz hala salınıb”.

Jilkin hesab edir ki, həmin ərazilərdə yüzlərlə döyüşçünün meyiti qalıb və onların axtarışları davam etdiriləcək.

Samir